Azərbaycan xizəkçisi Qış Paralimpiya Oyunlarına ilk reytinq xallarını qazanıb
07 aprel 2025 748
Azərbaycan xizəkçisi Polad Rzayev Qış Paralimpiya Oyunlarına ilk reytinq xallarını qazanıb.
Milli Paralimpiya Komitəsindən bildirilib ki, İtaliyanın Pila şəhərində keçirilmiş FIS Paradağ xizəyi turnirində həlledici mərhələni öz kateqoriyasında ikinci olaraq bitirən idmançının hesabında Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) aprelin 1-nə olan reytinq cədvəlinə görə 725.55 reytinq xalı var.
Qeyd edək ki, P.Rzayev son iştirak etdiyi Fransanın Auron şəhərində təşkil edilmiş FIS Paradağ xizəyi turnirinin final mərhələsini 00:51.57 nəticə ilə 7-ci pillədə bitirib.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı