Xəbərlər

Azərbaycan XXXI Yay Universiadasında ilk medalını qazanıb

29 iyul 2023 249

Azərbaycan komandası Çinin Çendu şəhərində keçirilən XXXI Yay Universiadasında ilk medalını qazanıb.

Cüdoçumuz Leyla Əliyeva (48 kq) bürünc mükafata sahib olub.

Çendu Pekin və Şencendən sonra Çində yay universiadasının təşkil olunduğu üçüncü şəhərdir.

Qeyd edək ki, cədvəl üzrə 2021-ci ildə keçirilməli olan 31-ci Yay Universiadasının vaxtı pandemiya səbəbindən “Tokio-2020” Yay Olimpiya Oyunlarının 2021-ci ilə keçirilməsi ilə əlaqədar 2022-ci ilin iyununa təxirə salınmışdı. Amma ötən ilin mayında FISU “Çendu-2021” universiadasını daha bir il təxirə salmaq barədə qərar qəbul edib.

Azərbaycanı “Çendu-2021” Universiadasında 20 ali təhsil müəssisəsindən 18-27 yaş aralığında 88 atlet 16 idman növündə təmsil edəcək. Ölkəmiz universiadalar tarixində ilk dəfə ən böyük heyətlə təmsil olunur.