Xəbərlər

Azərbaycan yelkənçiləri beynəlxalq yarışda üçüncü yeri tutublar

16 oktyabr 2023 382

Azərbaycan yelkənçiləri “XI Erk Çelik Halat Bodrum” beynəlxalq turnirində yeddi ölkə arasında üçüncü yerə sahib olub.

Yarışa optimist sinfi üzrə qatılan idmançılardan Davud Babazadə və Nərgiz Məmmədova uğurlu nəticə göstərib.

Qeyd edək ki, məşqçi Yasin Çakırın başçılığı ilə yarışda Azərbaycanı yığma üzvləri - Nəzrin Məmmədova, Emel Məmmədli, Nərgiz Məmmədova, Kamal Bəşirli, Davud Babazadə və Furkan Mustafayev təmsil ediblər.