Azərbaycan yığmaları Şahmat Olimpiadasında növbəti qələbələrini qazanıblar
12 sentyabr 2024 741
Budapeştdə keçirilən 45-ci Ümumdünya Şahmat Olimpiadasında 2-ci tura yekun vurulub.
Hesabat turunda ölkəmizin kişilərdən ibarət yığması Finlandiyanı məğlub edib 3,5-0,5. Aydın Süleymanlı heç-heçə oynayıb. Nicat Abasov, Rauf Məmmədov və Məhəmməd Muradlı partiyanı qələbəylə başa vurub.
Qadınlardan ibarət Azərbaycan yığma isə Avstraliyanı üstələyib 3-1. Günay Məmmədzadə və Xanım Balacayeva rəqibini məğlub edib. Gövhər Beydullayeva ilə Gülnar Məmmədova heç-heçəylə kifayətlənib.
İki turdan sonra komandalarımız 4 xalla liderlər qrupunda yer alıb.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı