Azərbaycan yığması “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında iştirak etmək üçün Rusiyanın Yakutsk şəhərinə gəlib
24 iyun 2024 1398
Azərbaycan yığması iyunun 26-da start götürəcək uşaqlar və yeniyetmələr arasında fərdi və komanda idman növləri üzrə “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında iştirak etmək üçün Rusiyanın Yakutsk şəhərinə gəlib.
Ölkəmizin yığmasının gəlişi şərəfinə idmançıların yerləşdiyi kənddə Azərbaycanın Dövlət Himninin sədaları altında Azərbaycan Bayrağı qaldırılıb.
Oyunlarda idmanın 16 növü – cüdo, stolüstü tennis, üzgüçülük, bədii gimnastika, mas-restlinq, yunan-Roma güləşi, sərbəst güləş, yüngül atletika, oxatma, qayaya dırmanma, boks, “alış”, “kuraş”, “xapsaqay” güləş növləri üzrə 80 azərbaycanlı idmançı iştirak edəcək.
Qeyd edək ki, “Asiya uşaqları” Oyunlarının açılış mərasimi iyunun 26-da Yakutskun “Tuymaada” stadionunda keçiriləcək.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı