Azərbaycan Yüksək Liqasında üçüncü dövrəyə martın 15-də start veriləcək
14 mart 2022 972
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında III dövrəyə martın 15-də start veriləcək.
Həmin gün XI tur çərçivəsində “Ekspress” – “Neftçi” və “Murov” - “Sərhədçi” matçları keçiriləcək. Görüşlər müvafiq olaraq, saat 16:00-da və 18:00-da start götürəcək.
Martın 18-də isə XII turun oyunları baş tutacaq. Öncə meydana saat 15:00-da MOİK və “Neftçi” komandaları çıxacaqlar. Bu qarşılaşmadan 2 saat sonra “Murov” - “Ekspress” duelinə start veriləcək.
Görüşlər “Murov” Voleybol Klubunun idman zalında baş tutacaq.
Bənzər xəbərlər
Eduard Məmmədov 10-cu dəfə dünya çempionu olub
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində kikboksinqin WAKO versiyası üzrə dünya ... Ətraflı
Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal
Dünya idman hərəkatının qədim ənənələrindən birinə çevrilən deflimpiya yarışları artıq ... Ətraflı