Azərbaycanda bilyard akademiyası yaradılıb
27 iyun 2025 - 15:15 634
Azərbaycan Bilyard Federasiyası ölkəmizdə bu idman növünün inkişafı və peşəkar şəkildə təbliği istiqamətində mühüm addım atıb.
Federasiyadan verilən məlumata görə, ölkəmizdə Bilyard Akademiyası yaradılıb. Akademiya milli komandanın yüksək səviyyəli hazırlıq keçməsi üçün bütün zəruri şəraitlə təmin olunub. Burada həm peşəkar idmançılar, həm də bilyardı yeni öyrənmək istəyən hər kəs üçün nəzərdə tutulmuş xüsusi proqramlar mövcuddur. Akademiya təkcə məşq və oyun sahəsi deyil, həm də gələcəyin çempionlarının yetişdiyi, beynəlxalq yarışlara hazırlanan bir mərkəzdir.
Akademiyanın yaradılmasında məqsəd Azərbaycanda bilyard mədəniyyətini formalaşdırmaq, gəncləri bu idman növünə cəlb etmək və dünya səviyyəli idmançılar yetişdirməkdir.
Bu gün akademiyada ilk tədbir baş tutub. Xaricdən xüsusi dəvət olunmuş tanınmış mütəxəssis, beynəlxalq təcrübəyə malik məşqçi və bir çox aparıcı oyunçuların şəxsi məşqçisi olmuş Ağacan Piriyevin rəhbərliyi ilə bilyard üzrə seminar keçirilib. Seminar iştirakçılarına nəzəri biliklər, texniki yanaşmalar və peşəkar inkişaf istiqamətləri üzrə tövsiyələr verilib.
Bənzər xəbərlər
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Seçmə komandamızın ... Ətraflı
Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı