Azərbaycanda cüdoçular üçün kəmər dərəcələri üzrə rəsmi imtahanlar keçiriləcək
16 yanvar 2025 713
Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə yanvarın 29-da kəmər dərəcələri üzrə rəsmi imtahanlar təşkil ediləcək.
ACF-dən verilən məlumata görə, imtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olanlar üçün açıqdır.
Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq. İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.
Qeyd edək ki, kəmər imtahanı peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, həmçinin gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.
Bənzər xəbərlər
Azərbaycanın 2 boksçusu U-23 Avropa çempionu olub
Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa ... Ətraflı
Fərid Qayıbov İstanbulda Avropa Oyunları ilə bağlı müzakirələrdə iştirak edib
Türkiyənin İstanbul şəhərində IV Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının görüşü ... Ətraflı