Azərbaycanda gələn il güləş üzrə U-17 dünya çempionatı keçiriləcək
14 sentyabr 2025 - 10:30 874
Güləş üzrə U-17 dünya çempionatı 2026-cı ildə Bakıda keçiriləcək.
Bu barədə qərar Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin iclasında qəbul edilib. Sofiya (Bolqarıstan), İsgəndəriyyə (Misir), Əmman (İordaniya) və Brasovun (Rumıniya) da namizəd olduğu yarışın təşkilatçılığı Azərbaycan paytaxtına həvalə edilib.
Dünyanın ən güclü yeniyetmə güləşçiləri gələn il 27 iyul–2 avqust tarixlərində Milli Gimnastika Arenasında müəyyənləşəcək.
Xatırladaq ki, analoji yarış 2012-ci ildə də Bakıda keçirilib.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı