Azərbaycanda keçiriləcək Dünya Kubokunda 300-dək xizəkçi iştirak edəcək
13 noyabr 2024 972
Gələn ilin yanvar ayında “Şahdağ” Turizm Mərkəzində keçiriləcək xizək alpinizmi üzrə Dünya Kubokunda 30-a yaxın ölkədən 300-dək idmançı iştirak edəcək.
Bu barədə Azərbaycan Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova məlumat verib.
Baş katib bildirib ki, Dünya Kubokunda sprint ( 10 yanvar), vertikal (11 yanvar) və individual (13 yanvar) növlərdə yarışlar keçiriləcək.
Qeyd edək ki, Dünya Kuboku yanvarın 10-13-də təşkil olunacaq.
Bənzər xəbərlər
Azərbaycanın 2 boksçusu U-23 Avropa çempionu olub
Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa ... Ətraflı
Fərid Qayıbov İstanbulda Avropa Oyunları ilə bağlı müzakirələrdə iştirak edib
Türkiyənin İstanbul şəhərində IV Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının görüşü ... Ətraflı