Azərbaycanda keçiriləcək Dünya Kubokunda iştirak edəcək ölkələr bəlli olub
07 yanvar 2025 972
Yanvar ayında “Şahdağ” Turizm Mərkəzində keçiriləcək xizək alpinizmi üzrə Dünya Kubokunda iştirak edəcək ölkələr bəlli olub.
Bu barədə Azərbaycan Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova məlumat verib. Onun sözlərinə görə, beynəlxalq yarışda Azərbaycan daxil olmaqla 25 ölkə iştirak edəcək.
Bunlar Türkiyə, Avstriya, Avstraliya, Andorra, Bolqarıstan, Belçika, Böyük Britaniya, Almaniya, Yunanıstan, İran, İspaniya, Fransa, Çin, Kanada, Çexiya, Norveç, Niderland, Polşa, ABŞ, Sloveniya, İsveçrə, Qazaxıstan, Slovakiya və Qətərdir.
Dünya Kubokunda sprint ( 10 yanvar), vertikal (11 yanvar) və individual (13 yanvar) növlərdə yarışlar keçiriləcək.
Qeyd edək ki, Dünya Kuboku yanvarın 10-13-də təşkil olunacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı