Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq işləri müzakirələr olunub
08 iyun 2024 1370
Gənclər və idman naziri Fərid Qayıbovun sədrliyi ilə III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas keçirilib.
İşçi qrupun üzvləri və oyunların proqramına daxil edilmiş idman növləri üzrə federasiyaların məsul şəxslərinin də iştirak etdikləri toplantıda idmançıların və nümayəndə heyətlərinin akkreditasiyası, yerləşməsi, yarış məkanlarının hazırlıq səviyyəsi, marketinq, media və oyunlara hazırlıq məsələləri müzakirə olunub.
Qeyd edək ki, III MDB Oyunları 2025-ci ildə Azərbaycanın 14 şəhərində - Gəncə, Xankəndi, Mingəçevir, Qəbələ, İsmayıllı, Şəki, Şəmkir, Tovuz, Qazax, Göygöl, Yevlax, Oğuz, Tərtər və Goranboyda 22 idman növü üzrə 33 proqramda keçiriləcək.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı