Azərbaycanda keçiriləcək MDB Oyunlarına hazırlıq və təşkilatçılıq məsələləri müzakirə olunub
11 iyul 2024 724

2025-ci ildə Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq işləri davam edir.
Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, bu gün oyunlara hazırlıqla bağlı işçi qrupun növbəti iclası keçirilib.
Gənclər və idman naziri Fərid Qayıbovun sədrliyi ilə baş tutan iclasda işçi qrupun üzvləri iştirak ediblər.
İclasda idman obyektlərinin hazırlığı, akkreditasiya, iştirakçıların yerləşdirilməsi, təhlükəsizlik, tibb, yayım, açılış-bağlanış mərasimlərinə hazırlıq və digər məsələlər müzakirə edilib.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb. III MDB Oyunları gələn il Azərbaycanın 14 şəhərində - Gəncə, Xankəndi, Mingəçevir, Qəbələ, İsmayıllı, Şəki, Şəmkir, Tovuz, Qazax, Göygöl, Yevlax, Oğuz, Tərtər və Goranboyda 22 idman növü üzrə 33 proqramda keçiriləcək.
Bənzər xəbərlər

Lommel sınağı 11 medalla yadda qaldı
Azərbaycanın yeniyetmə taekvondoçuları Belçikanın Lommel şəhərində keçirilən açıq beynəlxalq turnirdə ... Ətraflı

Azərbaycan Basketbol Liqasında XIX tur başlayır
Azərbaycan Basketbol Liqasında XIX tura bu gün start veriləcək.
Günün yeganə ... Ətraflı