Azərbaycanda körlinq bölməsi açılacaq
02 may 2024 1191
Azərbaycanda daha bir idman növü üzrə bölmə açılacaq.
Bunu gənclər və idman naziri Fərid Qayıbov deyib.
O, “Nazirin Nöqteyi-Nəzəri”ndə aprel ayını dəyərləndirərkən bildirib ki, qış idman növlərinin inkişafı və populyarlığı üçün istifadəyə verilən buz meydançası özünü doğruldur: “Daha bir yenilik isə Bakıda ilk dəfə hokkey matçının baş tutması oldu. Buz meydançamız "Baku Flames" və "Ledovoe Bratstvo" həvəskar hokkey komandaları arasında yoldaşlıq oyununa ev sahibliyi etdi. Ötən ilin mayında istifadəyə verilən buz meydançası qısa müddətdə ən populyar idman mərkəzlərindən birinə çevrilib. Müxtəlif yaş qruplarından insanlar hər gün buz üzərində konkisürmə üçün buraya gəlirlər. Hazırda buz meydançasında hokkey, fiqurlu konkisürmə və digər qış idman növləri üzrə bölmələr fəaliyyət göstərir”.
Qayıbov buz meydançasında körlinq bölməsinin də açılacağını qeyd edib: “Burada yaxın vaxtlarda körlinq idman bölməsi də açılacaq. Bu idman növlərinin ilbəil ölkəmizdə daha da populyarlaşacağına inanıram”
Qeyd edək ki, XVI əsrdə Şotlandiyada yaradılan körlinq 1924-cü ildə Olimpiada proqramında yer alsa da, 1998-ci ildən daimi olimpiya növünə çevrilib.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı