Xəbərlər

Azərbaycanı Avropa birinciliyində 17 taekvondoçu təmsil edəcək

16 oktyabr 2023 218

Oktyabrın 19-da Serbiyanın paytaxtı Belqradda yeniyetmə taekvondoçular arasında Avropa birinciliyi start götürəcək.

Üç gün davam edəcək yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq.

Baş məşqçi Rəşad Məmmədov və böyük məşqçi Vurğun Səfərov birincilikdə 17 taekvondoçuya şans verəcək.

Dayanq üzərinə İlknur Əlimov (148 santimetr), Xəzər Həmidov (156 santimetr), İlyas Hətəmli, Anar Abdullazadə (hər ikisi 160 santimetr), Novruz Əliyev (164 santimetr), Əliheydər Quliyev (168 santimetr), Həsən Əlizadə (172 santimetr), Mətləb Əliyev (176 santimetr), Tamerlan Yaqubov (180 santimetr), Nuray Cəlilova (148 santimetr), Ləman Manafova (152 santimetr), Zəhra İsayeva (156 santimetr), Şəms Əlizadə, Humay Dadaşova (hər ikisi 160 santimetr), Əminə Məmmədova (164 santimetr), Nilufər Borci (168 santimetr) və Fatimə Həsənova (172 santimetr) çıxacaqlar.

Komandaya rəhbərliyi Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev edəcək. Yarışda beynəlxalq dərəcəli hakim Coşqun Nadirov referilər sırasında yer alacaq.

Qeyd edək ki, bu gün Belqrada yollanan yığma sentyabrın 22-də Bakıya qayıdacaq.