Azərbaycanı Gimnaziadada təmsil edəcək qılıncoynadanlar Serbiyaya yollanıblar
04 aprel 2025 582
Serbiyanın Zlatibor şəhərində keçiriləcək Gimnaziada İdman Oyunlarında iştirak edəcək Azərbaycanın qılıncoynatma millisi səfərə yollanıb.
Qılıncoynatma Federasiyasından verilən məlumata görə, turnirdə ölkəmiz qılıncoynatmanın sablya və şpaqa növləri üzrə təmsil olunacaq.
Məşqçilər Nəcəf Məhərrəmov və Elvin Rzazadənin rəhbərlik etdiyi komandanın heyəti Fatimə Şükürlü, Cahan Sadıxova, Zəhra Xəlilova, Gəray Məmmədli, Abdulmalik Nəsibzadə, Nəcəf Şabanlı, Mirnuray Abbasova, Esnat Mirzəyeva, Aydan Atakişiyeva, Rəhman Məmmədov, Tunar Süleymanov və Bəhram Əliyevdən ibarətdir.
Cavanşir Ağakişiyev isə turnirdə hakimlik edəcək.
Qeyd edək ki, Gimnaziada aprelin 4-dən 14-dək keçiriləcək.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı