Azərbaycanı Serbiyadakı dünya çempionatında 6 boksçu təmsil edəcək
07 mart 2025 740
Azərbaycanı Serbiyanın Niş şəhərində qadın boksçular arasında keçiriləcək dünya çempionatında 6 idmançı təmsil edəcək.
Boks Federasiyasının mətbuat xidmətinə istinadən, yığmanın baş məşqçisi İlkin Ağayev yarışda Anaxanım İsmayılova (48 kq), Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Aynur Mikayılova (57 kq), Emili Rzayeva (70 kq) və Aynur Rzayevaya (+81 kq) şans verəcək.
Mundial martın 8-dən 16-dək keçiriləcək.
Qeyd edək ki, yarışa bu gün yollanan millimiz martın 17-də Bakıya qayıdacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı