Azərbaycanı Türkiyədə keçiriləcək Zəfər Kubokunda təmsil edəcək güləşçilər müəyyənləşib
01 may 2025 786
Azərbaycanı Türkiyənin Antalya şəhərində 17 yaşadək güləşçilər arasında keçiriləcək Zəfər Kubokunda təmsil edəcək idmançılar müəyyənləşib.
Federasiyanın mətbuat xidmətinə istinadən, ənənəvi yarışda qızlardan ibarət komanda mübarizə aparacaq.
Turnirdə böyük məşqçilər Rövşən Umudovla Həsrət Məmmədyarovun rəhbərliyi altında Günel Quliyeva (40 kq), Nəzrin Əhmədli (46 kq), Xədicə Qurbanzadə (49 kq), Fatimə Bayramova, Xədicəxanım Talıbova (hər ikisi 53 kq), Ülviyyə Musayeva (57 kq), Esra Məmmədli (61 kq), Fidan Babayeva (65 kq) və Milana Bağırzadə (69 kq) qüvvələrini sınayacaqlar.
Zəfər Kubokunda III dərəcəli beynəlxalq hakim Elxan Həmidzadə ədaləti qoruyacaq.
Qeyd edək ki, sabah startı veriləcək yarış üç gün davam edəcək.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı