Azərbaycanı Universiadada təmsil edəcək stolüstü tennisçilər müəyyənləşib
14 iyul 2025 - 11:40 654
Almaniyada təşkil olunacaq Ümumdünya Universitet Oyunlarında Azərbaycanı təmsil edəcək stolüstü tennisçilər bəlli olub.
Azərbaycan Stolüstü Tennis Federasiyasından bildirilib ki, turnirdə Zemfira Mikayılova, Xədicə Əbilzadə, Səbinə Məmmədova, Nigar Mahmudova, Nihad Səmədzadə, Amin Oruczadə və Tural Mirzəyev bacarıqlarını göstərəcəklər.
İyulun 16-da start götürəcək Universiadaya ayın 24-də yekun vurulacaq. Stolüstü tennisçilər Essen şəhərində keçiriləcək yarışda mübarizəyə iyulun 17-də qoşulacaqlar.
Qeyd edək ki, Azərbaycan Ümumdünya Universitet Oyunlarında 12 idman növü üzrə 72 idmançı ilə təmsil olunacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı