Azərbaycanın 20 cüdoçusu Avropa Kubokunda çıxış edəcək
20 noyabr 2024 1000
Azərbaycanı Yunanıstanın Saloniki şəhərində yeniyetmə cüdoçular arasında keçiriləcək Avropa Kubokunda təmsil edəcək idmançılar müəyyənləşib.
Noyabrın 23-24-də təşkil olunacaq yarışda 8 çəki dərəcəsində 20 cüdoçumuz qüvvəsini sınayacaq.
Yarışda Anar Quliyev (50 kiloqram), Rüstəm Qasımzadə, Emil Hüseynli, Məhəmmədəli Hüsiyev, Məhəmməd Rüstəmli (hamısı 55 kiloqram), Zeyd Ələsgərov, İlkin Qarayev, Abdullah Kərimov (hamısı 60 kiloqram), Ayxan Ələkbərov, Özqan Quliyev, Fəxri Sahibzadə (hamısı 66 kiloqram), Məhəmməd Ağakişiyev, Səid Şərifov (hər ikisi 73 kiloqram), Məhəmməd Abbasəli, Amin Mehdiyev, Abdullah Rəhmətov (hamısı 81 kiloqram), Səid Hüseynov (90 kiloqram), Sübhan Axundov, Tunar Fərzəliyev və Cavidan Məsimov (hamısı +90 kiloqram) mübarizə aparacaqlar.
Qeyd edək ki, 30 ölkədən 476 idmançının qatılacağı turnirdə Azərbaycan cüdoçularına yeniyetmələrdən ibarət yığmanın məşqçiləri Nicat Şıxəlizadə və Emin İskəndərov rəhbərlik edəcəklər.
Bənzər xəbərlər
Azərbaycanın 2 boksçusu U-23 Avropa çempionu olub
Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa ... Ətraflı
Fərid Qayıbov İstanbulda Avropa Oyunları ilə bağlı müzakirələrdə iştirak edib
Türkiyənin İstanbul şəhərində IV Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının görüşü ... Ətraflı