Azərbaycanın 3x3 basketbol millisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
14 aprel 2024 1596
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində final oyununa çıxıb.
Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran həlledici görüşdə rəqib Polşa komandası olub.
Gərgin və maraqlı mübarizə şəraitində keçən oyunun əvvəllərindən hesabda geri düşən komandamız sonda qələbə qazanmağa müvəffəq olub.
Yığmamız oyunu 18:17 hesablı qələbə ilə başa vuraraq, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Bununla da Paris Olimpiadasına qazanılan lisenziyalarımızın sayı 17-yə çatıb.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı

