Azərbaycanın 3x3 basketbol millisi sabah dünya çempionatının hazırlığına başlayacaq
14 may 2025 764
Azərbaycanın kişilərdən ibarət 3x3 basketbol millisi Bakıda keçiriləcək dünya çempionatının seçmə mərhələsinin hazırlıqlarına sabah başlayacaq.
Bu barədə komandanın baş məşqçisi Zaur Paşayev məlumat verib.
Mütəxəssis heyətə yeni basketbolçu dəvət etdiklərini deyib:
“Sabah məşqlərə başlayacağıq. Orxan Hacıyev mayın 17-də komandaya qoşulacaq. Mən də məşq edirəm, amma oynayıb-oynamayacağımı bilmirəm. Komanda şəklində məşqlərə başladıqdan sonra heyət müəyyənləşəcək. Kimin oynaması deyil, qalib gəlməyimiz vacibdir. Əsas odur ki, qrupdan çıxaq. Bilirəm ki, kim oynasa, ürəyini, canını ortaya qoyacaq".
Qeyd edək ki, yarışda kişilərdən ibarət Azərbaycan millisi ilə yanaşı, Monteneqro, Kanada, Böyük Britaniya, Ruanda və İran yığmaları mübarizə aparacaq. Seçmə mərhələnin ən yaxşı 3 komandası dünya çempionatının əsas mərhələsində iştirak etmək hüququ qazanacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı