Azərbaycanın 4 cüdoçusu dünya çempionatının dördüncü günündə mübarizə aparacaq
07 oktyabr 2026 - 07:28 40
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında oktyabrın 7-də dördüncü yarış gününün görüşləri keçiriləcək. Milli Gimnastika Arenasında Azərbaycan millisinin 4 üzvü qadınların -63 kq və kişilərin -81 kq çəki dərəcələrində tatamiyə çıxacaq.
Qadınların -63 kq çəki dərəcəsində Hanna Zaytseva yarışa 1/16 finaldan qoşulacaq. Onun ilk rəqibi Pey Çun Yuan (Çin Taypeyi) – Anna Kriza (Macarıstan) görüşünün qalibi olacaq.
Kişilərin -81 kq çəki dərəcəsində Vüsal Qələndərzadə mübarizəyə 1/32 final mərhələsindən başlayacaq və Bolqarıstan təmsilçisi Hristo Valkovla qarşılaşacaq.
Zelim Tçkayev və Ömər Rəcəbli isə ilk görüşlərini 1/16 finalda keçirəcəklər. Tçkayev Timoti Meuvsen (Cənubi Afrika Respublikası) – Viktor Sterpu (Moldova) cütünün, Rəcəbli isə Sibqatullah Arab (IRT) – Mahamadu Dukara (Mali) görüşünün qalibi ilə qarşılaşacaq.
Təsnifat mərhələsinə saat 10:30-da start veriləcək. Final bloku isə saat 18:00-da başlayacaq.
Dünya çempionatının görüşləri “CBC Sport” və “Judo TV” vasitəsilə canlı yayımlanacaq.
Biletləri iTicket.az platformasından əldə etmək mümkündür.
Bənzər xəbərlər
Dünya çempionatı: Hidayət Heydərov və daha iki Azərbaycan cüdoçusu mübarizəyə başlayır
Azərbaycanın daha üç cüdoçusu Bakıda keçirilən dünya çempionatında bu gün ... Ətraflı
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatında növbəti görüşünə ... Ətraflı