Azərbaycanın 6 badmintonçusu ilk dəfə 4 kateqoriya üzrə dünyanın 100 ən yaxşısı sırasındadır
04 sentyabr 2025 - 14:50 612
Dünya Badminton Federasiyasının (BWF) açıqladığı yeni reytinq siyahısında ilk dəfə Azərbaycanın 6 badmintonçusu 4 kateqoriya üzrə dünyanın 100 ən yaxşıları sırasında yer alıb.
Badminton Federasiyasından bildirilib ki, Tokio və Paris Olimpiadasının iştirakçısı Edi Reski Dviçayo kişilərin şəxsi yarışında 78-cidir. Paris Olimpiadasında ən gənc badmintonçu olan Keişa Fatim Zəhra isə qadınların şəxsi kateqoriyasında 57-ci sırada yer alıb.
Kişilərin qoşa yarışında Aqil Qəbilov-Diki Pangestu tandemi reytinqdə 78-ci, Cahid Əlhəsənov-Həcər Nuriyeva cütü isə sıralamada 92-ci pillədə qərarlaşıb.
Daha 2 badmintonçumuz yeniyetmələrin reytinqində ilk 100-lükdə yer alır. Ülvi Hüseynov yeniyetmə oğlanların şəxsi kateqoriyasında dünya üzrə reytinq sıralamasında 28-ci, Həcər Nuriyeva isə qızların şəxsi kateqoriyasında 53-cü sıradadır.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı