Azərbaycanın 6 cüdoçusu "Böyük Dəbilqə"də mübarizəyə başlayır
01 fevral 2025 971
Bu gün Fransanın paytaxtı Parisdə cüdo üzrə "Böyük Dəbilqə" turnirinə start veriləcək.
Yarışın ilk günündə Azərbaycanın 6 cüdoçusu tatamiyə çıxacaq.
60 kiloqram çəki dərəcəsində Əhməd Yusifov Kenta Sekimoto (Yaponiya) - Caba Papinaşvili (Gürcüstan) cütünün qalibini, Hüseyn Allahyarov Baxrom Boturovu (Özbəkistan) sınağa çəkəcək.
66 kiloqramda Ruslan Paşayev Nyamrençin Badamraqça (Monqolustan) - Çannyeonq Kim (Cənubi Koreya) duelinin qalibi ilə, Rəşid Yelkiyev Yusuf Nurkoviçlə (Monteneqro) qarşılaşacaq.
73 kiloqram çəkidə yer alan Rəşid Məmmədəliyev Valtteri Olinlə (Finlandiya), Vüsal Qələndərzadə isə Laşa Şavdatuaşvili (Gürcüstan) ilə üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan "Böyük Dəbilqə"də 10 cüdoçu ilə təmsil olunur.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı