Azərbaycanın 9 cüdoçusu Qran-Pri turnirində tatamiyə çıxır
26 yanvar 2024 979
Bu gün Portuqaliyanın Odivelaş şəhərində cüdo üzrə Qran-Pri turnirinə start veriləcək.
Yarışın ilk günündə Azərbaycanın 9 idmançısı qüvvəsini sınayacaq.
Kişilərin mübarizəsində Balabəy Ağayev (60 kiloqram) Maksimilian Heyder (Almaniya) / Artem Lesyuk (Ukrayna) görüşünün qalibi, Turan Bayramov (60 kiloqram) Coau Amaro Martins (Portuqaliya) / Anqelo Pantano (İtaliya) görüşünün qalibi, Yaşar Nəcəfov (66 kiloqram) Serdar Rahimov (Türkmənistan) / Yanislav Gerçev (Bolqarıstan) görüşünün qalibi, Kamran Süleymanov (66 kiloqram) Aleksandr Bukur (Portuqaliya) ilə qarşılaşacaq.
Qadınların yarışında isə Könül Əliyeva (48 kiloqram) çinli Ka Li Vonq, Gültac Məmmədəliyeva (52 kiloqram) fransalı Lea Metrot, Aydan Vəliyeva (52 kiloqram) niderlandlı Naomi Van Krevel, Fidan Əlizadə (57 kiloqram) ispaniyalı Veronika Peres Paçeko, Açelya Toprak (57 kiloqram) isə türkmənistanlı Maysa Pardayeva ilə üz-üzə gələcək.
Qeyd edək ki, Qran-Pri turnirinə yanvarın 28-də yekun vurulacaq.
Bənzər xəbərlər
Eduard Məmmədov 10-cu dəfə dünya çempionu olub
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində kikboksinqin WAKO versiyası üzrə dünya ... Ətraflı
Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal
Dünya idman hərəkatının qədim ənənələrindən birinə çevrilən deflimpiya yarışları artıq ... Ətraflı
