Azərbaycanın aerobika gimnastları Dünya Oyunlarında fəxri kürsüyə qalxıblar
15 avqust 2025 - 16:45 581
Aerobika gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Çinin Çendu şəhərində keçirilən Dünya Oyunlarında fəxri kürsüyə qalxıblar.
Qarışıq cütlük proqramında çıxış edən Vladimir Dolmatov və Madina Mustafayeva gümüş medal qazanıblar. Onlar final mərhələsində yalnız yaponiyalı cütlük Mizuki Saito və Riri Kitazumedən geri qalıblar.
Qeyd edək ki, avqustun 17-dək davam edəcək Dünya Oyunlarında Azərbaycan 6 - akrobatika gimnastikası, aerobika gimnastikası, tamblinq, karate, uşu, kikboksinq idman növündə 14 idmançı ilə təmsil olunur. Hazırda Azərbaycan komandasının hesabında 5 gümüş medal var.
Daha əvvəl İrina Zaretska (karate), Tofiq Əliyev (tamblinq gimnastikası), Daniyel Abbasov və Murad Rəfiyev (akrobatika üzrə duet) və Amin Quliyev (kikboksinq) mükafatçılar sırasında yer alıblar.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı