Azərbaycanın aerobika yığması Portuqaliyaya yollanıb
18 mart 2025 772
Gimnastlarımız Kantanhededa şəhərində Dünya kubokunun ilk mərhələsinə qatılacaqlar.
Komandamızın heyətində qarışıq cütlüklər arasında dünya çempionatının gümüş mükafatçıları Vladimir Dolmatov və Mədinə Mustafayeva, həmçinin Sara Əlixanlı, Arzu Ağayeva, Leyla Bejanova və Xədicə Quliyeva yer alıblar.
Aerobika ustaları trio, qrup, qarışıq cütlük və fərdi yarışlarda çıxış edəcəklər.
Mövsümün ilk Dünya kubokunda 11 ölkənin təmsilçiləri çıxış edəcəklər.
Qeyd edək ki, yarış martın 21-23-də baş tutacaq. Komandamız burada, həmçinin “Cantanhede International Open” turnirinə də qatılacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı