Azərbaycanın ağırlıqqaldırma komandası Avropa birinciliyində 3-cü olub
01 avqust 2025 - 10:23 535
İspaniyanın paytaxtı Madrid şəhərində keçirilmiş U-15 və yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi başa çatıb.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasından verilən məlumata görə, qitə miqyaslı yarışda mübarizə aparan 15 yaşadək atletlərdən ibarət komanda üçüncü yeri tutub.
Musab Məmmədtağıyev, Lətif Əliyev və Muhəmmədəli Məmmədzadənin qazandığı 3 qızıl və 4 gümüş medal sayəsində Azərbaycan komandası İspaniya, Polşa və Bolqarıstan kimi kollektivləri qabaqlayıb.
Bənzər xəbərlər
Azərbaycanın 2 boksçusu U-23 Avropa çempionu olub
Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa ... Ətraflı
Fərid Qayıbov İstanbulda Avropa Oyunları ilə bağlı müzakirələrdə iştirak edib
Türkiyənin İstanbul şəhərində IV Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının görüşü ... Ətraflı