Azərbaycanın akrobatika gimnastları dünya çempionu olublar
26 sentyabr 2026 - 22:35 191
İtaliyanın Pezaro şəhərində akrobatika gimnastikası üzrə dünya çempionatı keçirilib.
Yarışda Azərbaycanı təmsil edən qadın qrupu uğurlu nəticə göstərib. Anahita Bashiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyeva temp hərəkətləri proqramında 28.580 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb və qızıl medal qazanıblar.
Beləliklə, Azərbaycan gimnastları dünya çempionu tituluna yiyələniblər.
Kişilər arasında mübarizədə isə Murad Rəfiyev və Daniel Abbasov balans hərəkətləri proqramında 28.950 xal toplayaraq bürünc medal əldə ediblər.
Bənzər xəbərlər
Azərbaycanın 2 boksçusu U-23 Avropa çempionu olub
Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa ... Ətraflı
Fərid Qayıbov İstanbulda Avropa Oyunları ilə bağlı müzakirələrdə iştirak edib
Türkiyənin İstanbul şəhərində IV Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının görüşü ... Ətraflı