Azərbaycanın akrobatika gimnastları Dünya Kubokunda 3 gümüş medal qazanıblar
03 iyun 2025 623
Akrobatika gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Bolqarıstanın Burqas şəhərində keçirilən Dünya Kubokunda üç müxtəlif proqram üzrə yüksək nəticələr əldə ediblər.
Gimnastika Federasiyasından bildirilib ki, qarışıq cütlükdə Sabir Ağayev və Milana Əliyeva, kişi cütlüyündə Murad Rəfiyevlə Daniel Abbasov gümüş medala sahib çıxıblar.
Abdulla Əl-Məşayxi, Seymur Cəfərov, Riad Səfərov və Rəsul Seyidlidən ibarət kişi qrupu da eyni nəticəyə imza ataraq fəxri kürsünün ikinci pilləsində yer alıb.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı