Azərbaycanın akrobatika gimnastları Dünya Kubokunda iştirak edəcəklər
14 may 2024 1077
Azərbaycanın akrobatika gimnastları Portuqaliyanın Maya şəhərində keçiriləcək Dünya Kubokunda iştirak edəcəklər.
Yarışda Ağasif Rəhimovla Raziyyə Seyidli, Sabir Ağayevlə Milana Əliyeva qarışıq cütlüyü, Daniel Abbasov və Murad Rəfiyev kişi cütlüyü, Riad Səfərov, Abdulla Əl-Məşayxi, Seymur Cəfərov və Rəsul Seyidli kişi qrupu bacarığını nümayiş etdirəcək.
Milli komanda məşqçilər İradə Qurbanova və Leyla Əliyevanın rəhbərliyi altında mübarizə aparacaq.
Həmçinin turnirdə Dürdanə Əhmədova hakim kimi ölkəmizi təmsil edəcək.
Dünya Kuboku mayın 17-19-da təşkil olunacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı