Azərbaycanın akrobatika üzrə millisi Dünya kubokunda üç gümüş medal qazanıb
02 iyun 2025 683
Azərbaycanın akrobatika üzrə millisi Burqasda keçirilən Dünya kubokunda üç gümüş medal qazanıb.
Kişilərin duetində Daniel Abbasov və Murad Rəfiyev ikinci yeri qazanıblar.
Qarışıq cütlüklərin yarışında Milana Əliyeva və Sabir Ağayev fəxri kürsüyə qalxıblar.
Rəsul Seyidli, Riad Səfərov, Seymur Cəfərov və Abdulla Əl-Meşaixidən ibarət kişilər qrupu da gümüş medal əldə edib.
Finalda çıxış edən Nəzrin Zeyniyeva, Anaxitə Bəşirli və Zöhrə Rəşidovadan ibarət qadın triomuz isə 6-cı yerlə kifayətləniblər.
Qeyd edək ki, Dünya kubokunda 12 ölkədən 500-ə yaxın akrobat iştirak edib.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı