Azərbaycanın aşağı yaş qruplarından ibarət futbol millilərində baş məşqçi təyinatları gerçəkləşib
14 mart 2025 867
Aşağı yaş qruplarından ibarət Azərbaycan millilərinin baş məşçqiləri açıqlanıb.
Bu barədə AFFA İcraiyyə Komitəsinin iclasında qərar qəbul edilib.
Baş katib Cahangir Fərəcullayev aşağı yaş qrupları üzrə Azərbaycan milli komandalarının baş məşqçi postuna namizədlərlə bağlı məlumat verib. 21 yaşlılardan ibarət milli komandanın baş məşqçisi vəzifəsinə Ayxan Abbasov təyin olunub. Onunla müqavilənin müddəti 2 illik nəzərdə tutulub.
Adları aşağıda göstərilmiş məşqçilər isə müvafiq yaş qruplarından ibarət milli komandaların baş məşqçiləri təyin olunublar:
Elxan Abdullayev - Azərbaycan U-19
İlham Yadullayev - Azərbaycan U-18 (2008-ci il təvəllüdlülər)
Aqil Nəbiyev – Azərbaycan U-17 (2009-cu il təvəllüdlülər)
Onların hər biri ilə 2025-ci ilin sonuna kimi müqavilə imzalanıb.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı