Azərbaycanın bədii gimnastika komandası Bakıdakı Dünya Kubokunda bürünc medal qazanıb
21 aprel 2024 949
Bədii gimnastika üzrə Azərbaycanın qrup hərəkətləri komandası Bakıda keçirilən Dünya Kubokunda bürünc medal qazanıb.
Zeynəb Hümmətova, Güllü Ağalarova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina və Ləman Əlimuradovadan ibarət kollektiv 5 halqa ilə uğurlu çıxış edib.
Yığmamızın təqdim etdiyi proqram 36.100 xalla qiymətləndirilib. Yaponiya birinci, İtaliya ikinci olub.
Qeyd edək ki, qrup hərəkətləri komandamızı üç lent və iki topla daha bir final gözləyir.
Xatırladaq ki, yığmamız Milli Gimnastika Arenasında təşkil olunan yarışda dünən çoxnövçülükdə (5 halqa, 3 lent, 2 top) bürünc medala yiyələnmişdi.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı



