Azərbaycanın bədii gimnastika millisi Avropa Kubokunda bürünc medal qazanıb
17 may 2025 635
Azərbaycanın yeniyetmələrdən ibarət bədii gimnastika üzrə qrup hərəkətləri komandası Bolqarıstanın Burqas şəhərində keçirilən Avropa Kubokunda bürünc medal qazanıb.
Heyətində Nəzrin Abdullayeva, Ayan Nəsirova, Nəzrin Salmanlı, Röya Alıkişiyeva, Şəms Muvəffəqi və Nilufər Oruclunun çıxış etdiyi kollektiv çoxnövçülükdə üçüncü olub.
Gimnastlar beş halqa və beş cüt gürzlə yarışlarda iki finala vəsiqə qazanıblar.
Qeyd edək ki, ötən gün Azərbaycanın əsas yığması 3 top və 2 halqa ilə hərəkətlərdə gümüş medal əldə edib.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı