Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 13 medal qazanıblar
20 iyun 2024 1384
Bədii gimnastika üzrə Azərbaycan millisi İtaliyanın Parma şəhərində keçirilən ənənəvi beynəlxalq turnirdə uğurla çıxış edib.
Olimpiya Ehtiyatları Gimnastika Məktəbini təmsil edən idmançılar müxtəlif yaş qruplarında ümumilikdə 5 qızıl, 6 gümüş və 2 bürünc medal qazanıblar.
15 yaşlı gimnastlar arasında Leyla Məhəmmədova 1-ci yeri tutub.
Olimpiya Ehtiyatları Gimnastika Məktəbinin direktoru Xəqani Fərəcov yarışın kifayət qədər rəqabətli keçdiyini bildirib: “İlk dəfədir bu turnirdə mübarizə aparırdıq. Ümumilikdə 13 gimnast ölkəmizi təmsil edirdi. Bu cür beynəlxalq turnirlərdə iştirak etmək idmançılar üçün böyük fürsətdir”.
Bənzər xəbərlər
Dünya çempionatı: Uşanqi Kokauri finala vəsiqə qazanıb
Uşanqi Kokauri Bakıda təşkil olunan cüdo üzrə dünya çempionatının finalına ... Ətraflı
Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb
Azərbaycan cüdoçusu Kənan Nəsibov (+100 kq) Bakıda keçirilən dünya çempionatında ... Ətraflı