Azərbaycanın beynəlxalq dərəcəli hakimi təyinat alıb
18 noyabr 2024 1045
Azərbaycanın beynəlxalq dərəcəli hakimi Zaur Hacıyev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb.
Federasiyadan verilən məlumata görə, referi noyabrın 19-da Sloveniyanın Kamnik şəhərində keçiriləcək CEV kubokunun 1/16 final matçını idarə edəcək.
O, kişi voleybolçulardan ibarət “Kalkit Kamnik” (Sloveniya) və “Benfika” (Portuqaliya) komandalarının qarşılaşmasında ikinci hakim olacaq. Birinci hakim funksiyasını isə Bosniya və Herseqovinadan olan Yasmin Huseynoviç yerinə yetirəcək.
Qeyd edək ki, komandalar arasında baş tutan ilk matçda Portuqaliya təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı