Azərbaycanın boks millisi Avropa çempionatında rekorda imza atıb
24 sentyabr 2026 - 13:39 281
Kişi boksçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında medal sayında yeni rekord vurub.
Azərbaycan Boks Federasiyasından bildirilib ki, yığma bu nailiyyətə Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yarışda imza atıb.
Boksçumuz Səidcəmşid Cəfərov (75 kiloqram) Avropa çempionatında yarımfinala vəsiqə qazanmaqla 5-ci medalı təmin edib və millimiz tarixi ilki reallaşdırıb. İndiyədək idmançılarımız analoji yarışlarda 1 dəfəyə ən çox 4 mükafata sahib olmuşdular. 2006-ci ildə Plovdivdə, 7 il sonra Minskdə təmsilçilərimiz 4 dəfə fəxri kürsüyə yüksəlmişdilər. Bu dəfə 5 medalın təmin edilməsi isə Avropa çempionatlarında yeni rekorddur.
Millinin heyətində Cəfərovdan öncə Sübhan Mamedovla (50 kiloqram) Nəbi İsgəndərov (70 kiloqram) finala, Amin Məmmədzadə (55 kiloqram) yarımfinala vəsiqə əldə edib. Məhəmməd Abdullayev (+90 kiloqram) isə bürünc medalı rəsmiləşdirib.
Qeyd edək ki, çempionata sentyabrın 25-də yekun vurulacaq.
Bənzər xəbərlər
Azərbaycanın 2 boksçusu U-23 Avropa çempionu olub
Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa ... Ətraflı
Fərid Qayıbov İstanbulda Avropa Oyunları ilə bağlı müzakirələrdə iştirak edib
Türkiyənin İstanbul şəhərində IV Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının görüşü ... Ətraflı