Azərbaycanın boks üzrə Olimpiya mükafatçısı dünya çempionatına qələbə ilə başlayıb
08 sentyabr 2025 - 18:31 697
Azərbaycan boksçusu Alfonso Dominqes Liverpulda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.
Azərbaycan Boks Federasiyasından bildirilib ki, 90 kiloqramda döyüşən millinin lideri 1/8 finalda almaniyalı Yasse Kislə üz-üzə gəlib.
Yay Olimpiya Oyunlarının bürünc və gümüş mükafatçısı dünya çempionu rəqibinə heç bir şans verməyib. Hər 3 raundu xeyrinə bitirən Dominqes yekunda 5:0 (29:28, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib.
O, 1/4 final görüşünə sentyabrın 10-da çıxacaq.
Qeyd edək ki, Azərbaycan millisinin daha 4 boksçusu 1/8 finala adlayıb.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı