Azərbaycanın çimərlik güləşçisi Dünya Seriyasının III mərhələsində uğurlu çıxış edib
08 sentyabr 2025 - 10:19 491
Azərbaycanın çimərlik güləşçisi Vüsal Əliyev (80 kq) Mərakeşdə təşkil olunan Dünya Seriyasının III mərhələsində uğurlu çıxış edib.
Güləş Federasiyasının mətbuat xidmətinə istinadən, Kasablanka çimərliyində keçirilən yarışın təsnifat mərhələsində uğurlu çıxış edə güləşçi B qrupuna vəsiqə qazanıb.
Qrupda Keniya, Fransa və Serbiya güləşçilərinə qalib gələn V.Əliyev yarımfinalda yunanıstanlı Xristos Xristoforidisə son saniyələrdə məğlub olub. Güləşçimiz fransalı Huqo Kuenonu üstələyərək bürünc medal qazanıb.
Digər çimərlik güləşçisi İbrahim Yusubov (90 kq) isə qrupda 2-ci yeri tutub və mübarizəni davam etdirə bilməyib.
Qeyd edək ki, yarışda Azərbaycanı baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında iki güləşçi təmsil edib.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı