Azərbaycanın çimərlik voleybolu milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
27 iyun 2025 - 21:40 751
Litvanın paytaxtı Vilnüsdə təşkil olunan 20 yaşadək çimərlik voleybolçuları arasında Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında qızlardan və oğlanlardan ibarət Azərbaycan milliləri 1/4 finala vəsiqə qazanıblar.
Bu gün start götürən turnirdə Azərbaycan iki qız və iki oğlan cütlüyü ilə təmsil olunur.
Oğlanların mübarizəsində İbrahim Məmmədov və Muhəmməd Aslanlı dueti Ermənistana 2:0 qalib gələrək 1/4 finala vəsiqəni təmin ediblər.
İlkin mərhələdə Gürcüstan təmsilçilərini 2:1 hesabı ilə üstələyən Xədicə Hadızadə və Cəmilə Bəşirova cütlüyü də növbəti mərhələyə yüksəlib.
Sabah baş tutacaq 1/4 finalda qızlarımız ev sahibləri ilə üz-üzə gələcəklər.
Qeyd edək ki, yarışa iyunun 29-da yekun vurulacaq. İlk üç pilləni tutan komandalar Avropa çempionatına vəsiqə qazanacaqlar.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı