Azərbaycanın çimərlik voleybolu üzrə millisi Avropa çempionatında əsas mərhələyə yüksəlib
10 sentyabr 2025 - 15:30 532
Çimərlik voleybolu üzrə 18 yaşadək qız və oğlanların Avropa çempionatında təsnifat oyunları keçirilib.
İtaliyanın Coriqliano Rossano şəhərində təşkil olunan yarışda Azərbaycanın oğlanlardan (İbrahim Məmmədov/Muhammad Aslanlı) ibarət komandası təsnifat mərhələsində Serbiya millisi ilə qarşılaşıb. Görüş yığmamızın 2:0 (21:10; 21:15) hesablı qələbəsi ilə başa çatıb. Bununla da komandamız Avropa çempionatında əsas mərhələyə yüksəlib.
Qeyd edək ki, çempionatda ölkəmiz bir qız və bir oğlan komandası ilə təmsil olunur. Qızlardan ibarət milli komanda yarışa əsas mərhələdən qoşulacaq. Bu raundun oyunlarına sabah start veriləcək.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı