Azərbaycanın çövkən üzrə millisi III MDB Oyunlarının qalibi olub
07 oktyabr 2025 - 11:44 535
Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında çövkən yarışlarına yekun vurulub. Finalda Azərbaycan millisi Özbəkistan komandası ilə qarşılaşıb.
Matçın start fitindən əvvəl Azərbaycan və Özbəkistanın Dövlət himnləri səsləndirilib.
Maraqlı keçən görüş milli komandamızın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da yığmamız III MDB Oyunlarının qalibi olub.
Qeyd edək ki, III MDB Oyunları çərçivəsində sentyabrın 28-dən oktyabrın 7-dək davam edən çövkən üzrə yarışda 6 ölkənin – Azərbaycan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkiyə və Küveyt yığmaları mübarizə aparıb. Yarışın yekun nəticəsinə əsasən, Azərbaycan millisi birinci, Özbəkistan komandası ikinci, Qırğızıstan komandası isə üçüncü yeri tutub.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı