Azərbaycanın cüdo ümidləri Avropa səhnəsində
02 aprel 2025 662
Aprelin 5-6-da Çexiyanın Teplitse şəhərində yeniyetmə cüdoçular aasında Avropa Kuboku turniri keçiriləcək.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 38 ölkədən 857 idmançının iştirak edəcəyi yarışda Azərbaycanın yeniyetmə cüdoçuları da qüvvələrini sınayacaqlar. Komandamız turnirdə 16 çəki dərəcəsində 33 idmançı (17 oğlan, 16 qız) ilə təmsil olunacaq.
Yeniyetmə oğlanlardan ibarət komandaya baş məşqçi Emin İskəndərov, məşqçi Nicat Şıxəlizadə, yeniyetmə qızlardan ibarət milliyə baş məşqçi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı