Azərbaycanın daha bir güləşçisi Avropa çempionatında qızıl medal qazandı
12 iyun 2025 563
Azərbaycanın daha bir güləşçisi Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-17 Avropa çempionatında qızıl medal qazanıb.
Üçüncü yarış günündə yunan-Roma güləşçisi Abdurrahman Hüseynli (45 kq) finalda gürcüstanlı Saba Abaşidze ilə qarşılaşıb.
Görüşün taleyini elə ilk hissədə həll edən 15 yaşlı güləşçimiz 9:0 hesablı qələbəylə Avropa çempionu olub.
Elşad Abbasov (51 kq) bürünc medal uğrunda qarşılaşmada macarıstanlı Keve Kovaça 1:3 hesabıyla məğlub olaraq 5-ci yerlə kifayətlənib.
Əli Nəzərov (60 kq) finalda ermənistanlı Hayk Manukyanla qarşılaşıb. Rəqibinə 3:11 hesabıyla məğlub olan Əli gümüş medala sahib çıxıb.
Bununla da komandamız yarışı 2 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub.
Qeyd edək ki, dünən Rihad İbrahimli (110 kq) Avropa çempionu olub, Qurban Məcnunovla (48 kq) Nicat Yeylaqaliyev (80 kq) isə üçüncü yeri tutub.
Milli 116 xalla komanda hesabında 3-cü pillədə qərarlaşıb.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı