Azərbaycanın daha bir güləşçisi Avropa çempionatını buraxacaq
08 fevral 2024 912
Azərbaycanın daha bir güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Avropa çempionatında iştirak etməyəcək.
130 kiloqram çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçisi Sabah Şəriəti yarışı buraxacaq.
Məşqçilər heyəti fevralın 12-19-da keçiriləcək qitə çempionatında bu çəkidə daha hazırlıqlı olan Beka Kandelakiyə şans verəcək.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçi Hacı Əliyev və yunan-Roma güləşçisi Eldəniz Əzizlinin Avropa çempionatına qatılmayacağı bəlli olub.
Bənzər xəbərlər
Eduard Məmmədov 10-cu dəfə dünya çempionu olub
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində kikboksinqin WAKO versiyası üzrə dünya ... Ətraflı
Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal
Dünya idman hərəkatının qədim ənənələrindən birinə çevrilən deflimpiya yarışları artıq ... Ətraflı