Azərbaycanın daha bir veteran cüdoçusu dünya çempionatında qızıl medal qazanıb
06 noyabr 2024 1273
Azərbaycanın daha bir veteran cüdoçusu ABŞ-nin Las-Veqas şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.
Mərdan Qədirli (90 kq) M1 yaş kateqoriyasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
M3 kateqoriyasında çıxış edən İntiqam Ələkbərov (100 kq) bürünc mükafat əldə edib.
Qeyd edək ki, daha əvvəl Fərhad Rəcəbli (90 kq, M8) bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub. Yarış bu gün başa çatacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı