Azərbaycanın daha dörd idmançısı qrapplinq üzrə Avropa çempionatında medal qazanıb
30 may 2024 1325
Azərbaycanın daha dörd idmançısı Bakıda keçirilən qrapplinq üzrə U-17, U-20 və böyüklər arasında Avropa çempionatında medal qazanıb.
Yarışın sonuncu günündə U-20 oğlanlar arasında İqbal Əliyev (58 kiloqram) qızıl, Emil Verdiyev (62 kiloqram) bürünc mükafata sahib çıxıblar.
Qızların mübarizəsində isə no-gi versiyasında (kimonosuz) Nərmin İsgəndərli (49 kiloqram) ikinci və Zeynəb Əlirzayeva (49 kiloqram) üçüncü yerləri tutublar.
Bənzər xəbərlər
Azərbaycanın 2 boksçusu U-23 Avropa çempionu olub
Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa ... Ətraflı
Fərid Qayıbov İstanbulda Avropa Oyunları ilə bağlı müzakirələrdə iştirak edib
Türkiyənin İstanbul şəhərində IV Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının görüşü ... Ətraflı
