Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
07 sentyabr 2024 1074
Azərbaycan cüdoçusu Süleyman Şükürov Estoniyanın paytaxtı Tallində keçirilən gənclər arasında Avropa çempionatında final görüşünə çıxıb.
81 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı həlledici qarşılaşmada gürcüstanlı Aleksandre Loladze ilə qarşılaşıb.
Rəqibinə ipponla qalib gələn S.Şükürov qitə çempionatının qızıl medalını qazanıb.
Qeyd edək ki, Azərbaycan cüdoçularından daha əvvəl Könül Əliyeva (48 kiloqram), Fidan Əlizadə (57 kiloqram) və Vüsal Qələndərzadə (73 kiloqram) Avropa çempionu olublar, Nizami İmranov (60 kiloqram) gümüş medal qazanıb. Milli komandanın 16 cüdoçu ilə təmsil olunduğu turnirə sentyabrın 8-də yekun vurulacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı